Mədəniyyət

20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

20 Yanvar 2018 15:20
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və "Azadlığa gedən yol" adlı ədəbi-bədii tədbir keçirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxışlar zamanı vurğulanıb, Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizlik əzmini qıra bilmədi. Azərbaycan xalqı ötən əsrin sonlarında uzun illərdən bəri əsarətində olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı. 20 Yanvar faciəsi SSRİ-nin dağılma prosesində baş verən ən qanlı hadisələrdən biridir. 1988-ci ildən etibarən Ermənistanın ərazi iddiasına qarşı Dağlıq Qarabağda müharibəyə cəlb edilən Azərbaycan Respublikası həm torpaqların qorunması, həm də dövlət müstəqilliyi üçün mübarizə aparırdı. O dövrdə xalqın küçələrə axışması, mitinqlərdə iştirak etməsi ilə Azərbaycan suverenliyi, müstəqilliyi yolundan dönməz olduğunu bütün dünyaya sübut etdi.

Çıxışlardan sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yer alan və 20 Yanvar hadisələrinə həsr edilmiş  yazıçı-dramaturq T. Vəliyevanın  "Mənim ağ göyərçinim" adlı tamaşa nümayiş etdirildi. Tamaşanın nümayişindən sonra Müdafiə Nazirliyi Şəxsi Heyəti qarşısında milli-mənəvi dəyərlərimizi təbliğ etdiyinə və hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə yaxından fəal iştirak etdiyinə görə teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov, Xalq artisti, rejissor Cənnət Səlimova, Əməkdar artist Nəsibə Eldarova, aktyorlar Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, İsa Əsədov, Kərəm Hadızadəyə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin rəhbərliyi adından fəxri fərmanlar təqdim olundu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.