Mədəniyyət

Aktyorlar Beynəlxalq Festivala hazırlaşırlar

17 Yanvar 2018 12:56
0 Şərh     Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümündə və yeni 2018-ci ilin ilk ayında növbəti səfərə hazırlaşır. Teatr ötən mövsüm kiçik səhnədə "Cəza" təkadamlıq oyun (T.Vəliyeva) tamaşası ilə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində ənənəvi olaraq keçirilən "Fəcr" 36-cı Beynəlxalq Teatr Festivalında münsiflər tərəfindən teatrın təqdim etdiyi 4 tamaşa arasında etdiyi seçim əsasında bu il yanvar ayının 18-dən 25-dək sözügedən festivalda iştirak etmək üçün Teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 8 nəfərlik heyətlə Tehran şəhərinə yola düşəcəkdir.

Psixofizioloji gərginlikdən yoğrulmuş yeni səhnə təcəssümü - "Cəza" monotamaşasında yaradıcı heyət (müəllif - Tamara Vəliyeva, quruluşçu rejissor - Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, ifaçı - Əməkdar Artist Kəmalə Hüseynova) seyrciləri üçün elə bir mənzərə yaradır ki, sanki uzun bir teleseriala baxırsan. Xoşbəxt və bədbəxt bir qadının hər iki anlamda tale mənzərəsi, onun simasında silsilə obrazlar, onların məram və məqsədləri, əxlaqi-sosial keyfiyyətləri, həyati davranış tərzləri, xarakterləri insanlığa - bəşəriyyətə münasibətləri göz önündə canlanır.

Bu psixofizioloji gərginlik mövzu və ideyası baxımından təkcə ölkəmiz üçün deyil, həm də bütün müasir dünyanın psixoloji ab-havasını əks etdirir. Belə təcəssüm məişət dramı səviyyəsindən sosial yüklü çox yüksək pilləyə sıçrayır ki, bununla da dramaturq məqsədi, tamaşanın ideyası qloballaşır və bütün mətnaltı mənaları ilə sekulyarlaşır.

Sözügedən tamaşa ötən mövsüm Başqırdıstan Respublikasının  paytaxtı Ufada keçirilmiş Türkdilli xalqların "Tuqanlıq" Beynəlxalq Teatr Festivalında nümayiş olunaraq xarici teatr mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanmışdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.