Mədəniyyət

ADGTT-da həftə sonu 9 tamaşa nümayiş olunacaq

16 Yanvar 2018 13:29
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yanvar ayının 16-dan 22-dək  9 adda müxtəlif tamaşalar nümayiş etdirəcəkdir.Teatrın kiçik səhnəsində yanvarın 9-dan start   götürmüş  "Monotamaşalar paradı" davam etməkdədir. Belə ki, kollektiv yanvarın 16-sı saat 1900-da kiçik səhnədə  R.Ağayevin "Solnuğun sonu" (ifaçı Güşvər Şərifova), 17-si  F.M.Dostayevskinin "İdiot" (ifaçı əməkdar artist Nofəl Vəliyev) tamaşalarını təqdim edəcəkdir.

Yanvarın 18-də saat 1600-da teatr  Mərkəzi Zabitlər evi ilə birgə layihədə 20 yanvar faciəsinin 28-ci il dönümünə həsr olunmuş yazıcı-dramaturq T.Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasını, 20 yanvar saat 1400-da  Dilsuzun "Əlincə Qalası",  axşam saat 1900-da T.Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşalarını nümayiş etdirəcəkdir.

Yanvarın  21-də gündüz saat 1000; 1200 və 1400 da məktəblilər üçün C.Rodarinin "Çippolino", axşam saat 1900 böyüklər üçün U.Şeksprin "Romeo və Culyetta" tamaşaları təqdim ediləcəkdir.

Tamaşalarda əsas obrazları Xalq Artisti  Yasin Qarayev, Əməkdar Artistlər Nəsibə Eldarova,  Rahib Əlyev, Nicat Kazımov,  Nofəl Vəliyev, artistlər  Təhminə Məmmədova,  Asya Atakişiyeva ,  Zülfiyyə Alhüseynova,  İlqarə Tosova,  Günel Məmmədova, Məsumə Babayeva,  Sona  Babayeva,  Simuzər Ağakişiyeva,  Şəfəq Əliyeva,  Mehriban Abdullayeva, Səbinə Məmmədova,  Xəyalə Meydanova, Aygün Fətullayeva,  Mehriban  Hüseynova  Mirzə Ağa Mirzəyev,  Ramiq Nəsirov,  Kərəm Hadızadə,  İlham Əsədov,  Anar Səfiyev,   Eyvaz ibrahimov,  Rəzzaq Məmmədov,  Rövşən Abbasov,  Vüqar Məmmədəliyev, Elşən Çarhanlı,  Məhərrəm Musayev,  Yusif  Dadaşov,  Elşən Hacıbabayev, Manaf Dadaşov, Elnur Huseynov,  Anar  Seyfullayev,  Müşfiq Əliyev,  Elşən Şıxəliyev,  Ramil Məmmədov,  Aydın  Dəmirov,  Vahid Orucoğlu,  ifa edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.