Mədəniyyət

“Çölçü” daha bir beynəlxalq mükafat aldı

14 Yanvar 2018 16:44
1 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamil Əliyevin "Çölçü" filmi "Cult critic movie awards" 2018 yanvar mövsümünün (January Monthly) Ən yaxşı bədii film mükafatına layiq görülüb.

Milli.Az bildirir ki, filmin rejissorunun Kulis.az-a verdiyi məlumata görə təqdimetmə mərasimi 2018-ci ilin ortalarında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzumdə keçiriləcək.

Bu mükafatı aldığına görə "Çölçü" Jean Luc Godard Mükafatının nominantı (Yaxçıların yaxşısı / best of the best) statusunu qazanmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Film 35 Beynəlxalq Kino Festivallarında iştirak dərək bir sıra mükafatlara layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.