Mədəniyyət

Kaliforniyada Azərbaycanın xalq artisti ilə vida mərasimi keçirildi - FOTO

13 Yanvar 2018 12:07
3 Şərh     Baxış: 2 474

Kaliforniyanın San Xose şəhərində yanvarın 12-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Milli.Az-a verilən məlumata görə, tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasimdə ilk öncə çıxış edən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Azəri Çingiz Sadıxovun həyatı və yaradıcılığı haqqında danışaraq, onun Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verdiyini və vəfatının Azərbaycan musiqisi üçün ağır itki olduğunu vurğulayıb. H.Azəri həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Ç.Sadıxovun nəşinin yaxın günlərdə Azərbaycana aparılaraq dəfn ediləcəyini bildirərək, Azərbaycan Prezidentinin bu humanist addımının yüksək qiymətləndirildiyini bildirib.

Sonra çıxış edən mərhumun ailə üzvləri və digər icma nümayəndələri Çingiz Sadıxovun ömrünün son illərini ABŞ-da yaşamasına baxmayaraq, daim Vətəninə bağlı bir insan olduğunu, Azərbaycan musiqisinin Amerikada tanınması üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, mərhum haqqında xatirələrini paylaşıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Romi · 13 Yanvar 13:2420

    Seviyyeli insan,gozel musiqici.Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Kainat · 13 Yanvar 14:0720

    Esl professional,eyni zamanda da gozel insan. Allah rehmet elesin.((((

    Cavab yaz
  • Anonim
    ANONIM · 13 Yanvar 16:0510

    ALLAH REHMET ELESIN AMIN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.