Mədəniyyət

Azərbaycanlı aktrisa: "Stress və əsəbdən hələ də uşaq haqqında fikirləşə bilmirəm" - FOTO

15 Dekabr 2017 21:15
2 Şərh     Baxış: 4 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk vətəndaşına ərə gedən aktrisa Cəmilə Tağızadə həyat yoldaşının keçmiş arvadının təzyiqlərinə məruz qalıb.

Milliı.Az xəbər verir ki, aktrisa ərinin keçmiş həyat yoldaşını məhkəməyə verdiyini bildirib:

"Mənim məhkəmə işlərim hələ də bitmir. Ən gülməli və ən ağlamalısı odur ki, ərimin keçmiş həyat yoldaşı məni məhkəməyə verib. Desəm ki, nəyə görə məni məhkəməyə verib, şok olarsınız. Facebook və İnstagram sosial şəbəkəsində həyat yoldaşımla şəkillər paylaşdığım üçün o bu addımı atıb. Halbuki mən bu səfeh qadına nə cavab yazmışam, nə də onunla danışmışam. Onu bir sözlə hər yerdə blok etmişəm. Amma o hər yerdə deyir ki, mən onu saytlarda rüsvay etmişəm, sanki bu bizim ölkədə tanınmış birisidir, mənim də xəbərim yoxdur. Başım ailə məhkəmələrinə qarışıb, sənətimlə məşğul ola bilmirəm. Stressdən heç uşaq haqqında da düşünə bilmirəm, sadəcə istəyirəm bu problemlər bitsin və normal həyata dönüb arzularımı reallaşdırım. O qadın hər yerdə məlumat yayır ki, guya mən onun ərini əlindən almışam. Məni şantaj və qarğış edir, bir sözlə şərəf və ləyaqətimə toxunur. Halbuki mən Murad ilə tanış olanda o artıq 4 il olardı ki, bu qadından boşanmışdı. Bir daha demək istəyirəm ki, mən evli kişi ilə görüşüb, onun ailəsini dağıdan alçaqlardan deyiləm və mənə bu cür hərəkətlər yaraşmaz.

Aktrisa da öz növbəsində həmin qadını məhkəməyə verdiyini qeyd edib:

"Onu məhkəməyə vermişəm, nəticələr ürəkaçan olmasa təzminat davası açacağam və nə az, nə çox 100 min manat təzminat istəyəcəyəm. Görək altından necə çıxacaq? Yox əgər məhkəmə istədiyim kimi qərar qəbul etməsə, apellyasiya məhkəməsinə müraciət edəcəyəm. Ömrünün sonuna kimi təzminatı ödəyər, əgər ödəyə bilsə".

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.