Mədəniyyət

Azərbaycanlı aktrisa sevdiyi şəxsdən danışdı: “Qısqancdır, amma..." - FOTO

15 Dekabr 2017 21:27
1 Şərh     Baxış: 6 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc aktrisa Ləman Novruzova şəxsi həyatı haqda etiraflar edib.

Aktrisa Milli.Az-a açıqlamasında sevdiyi şəxsdən danışıb.

"Etiraf edim ki, artıq həyatımda biri var. Mən onunla təxminən 2 il əvvəl tam təsadüfən dostlaşmışdım. O zamanlar qətiyyən bir-birimizə qarşı hisslərimiz yox idi. Yaxşı anlaşan, səmimi iki insan idik. Zamanla bu yaxşı münasibət dostluğa çevrildi. Nəhayət 2 il sonra, yəni keçən ayın sonlarında sevgi münasibətinə başladıq. Sevdiyim şəxs hüquqşünasdır. Ayrı-ayrı peşə sahələrində çalışmağımıza baxmayaraq, o sənəti sevir və qiymətləndirir. Bütün kişilər kimi o da qısqancdır, amma qısqanclığı ilə məni sıxmamağa, sənətimə mane olmamağa çalışır. Nə yalan deyim o bunu bacarır da", - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisa hal-hazırda "Ögey ana" serialında çəkilir.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.