Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində "Muğamat var olan yerdə" lahiyəsi davam edir - FOTO

10 Dekabr 2017 16:57
Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kaeynəlxanalının "Muğamat var olan yerdə"adlı birgə layihəsi çərçivəsində VI Televiziya Muğam Müsabiqəsinin Qran-Pri mükafatçısı Almaxanım Əhmədlinin konserti keçirilib.

Gecədə Almaxanım Əhmədli "Çahargah kompozisiyası"nı səsləndirib. "Segah təsnifi" və "Bayatı-Şiraz təsnifi"ni ifa edəndən sonra o "Qal sənə qurban" (Ə.Tağıyev,M.Müşfiq), "Ya bir olar,ya iki" (Ə.Tağıyev,M.Cümə), "Unuda bilmirəm" (H.Həsənov,N.Gəncəli), "İnandır məni"(Ə.Məmmədov,Ə.Qəmbərov),"Ehtiyacım var"(Z.Əliyev,T.Əhməd) kimi bəstəkar mahnılarını təqdim edib. Konsertin aparıcısı əməkdar artist Azad Şükürov ifalar arasında Xurşudbanu Natəvanın,Məhəmmədhüseyn Şəhriyarın,Mirzə Ələkbər Sabirin və Vüqar Əhmədin şerlərini səsləndirib. Xanəndəni Xalq Çalğı Alətləri Ansamblı - tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov,qanunda Humay Abbas, udda Rauf Sadıqov,elektro pianoda Kamran Nəsibov, balabanda Süleyman Əliyev, nağarada Elnur Əliyev,qoşa nağarada Mehman Bağırov, dəm balabanda Mirağa Murtuzov müşayiət edib. Sonda əməkdar artist Təyyar Bayramov çıxış edərək tələbəsi Almaxanım Əhmədli haqqında öz ürək sözlərini bölüşüb və birlikdə "Qarabağ şikəstəsini" ifa ediblər.  Konsert alqışlarla sona yetib.

Qeyd edək ki,dekabrın 14-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən,Xalq artisti Əhməd Bakıxanovun 125 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Dekabrın 15-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm layihələrindən olan "Muğam axşamları" adlı layihə çərçivəsində "Mənsuriyyə", "Heydəri", "Osmanlı" və başqa ritmik muğamlar ifa olunacaq. Biletləri şəhərimizin mərkəzləşdirilmış kassalarından,"ASAN xidmət" mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.