Mədəniyyət

Heydər Əliyev Sarayında “Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşası təqdim ediləcək.

8 Dekabr 2017 12:40
Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 24-də Heydər Əliyev Sarayında "Yeni ilin mübarək, Luntik!" adlı uşaq tamaşası təqdim ediləcək.

Luntik artıq xeyli müddətdir günəş tarlasında yaşayır və onun bütün sakinləri ilə dostlaşmağa vaxt tapıb. Və budur, Luntik üçün ilk qış mövsümü başlayır və onu yeni açılışlar və tanışlıqlar gözləyir. Təbii ki, Luntikin dostları ona qışı bütün gözəlliyi ilə görməyə kömək edəcəklər. Tamaşaçıları beş ibrətamiz qış əhvalatı gözləyir. Əhvalatlarda onlara fəal rol verilib, axı uşaqlar qışı yaxşı tanıyırlar və çətin vəziyyətdə kömək edə biləcəklər.

"İlk qar"

Luntik dostları ilə qarı kimin hazırladığını və haradan gəldiyini öyrənməyə çalışırlar? Bəs pəncərələrdə qış naxışlarını kim çəkir və niyə sallaq buzları yalamaq olmaz?

"Boran"

Kuzya böyüklərin məsləhətinə qulaq asmadan qonaqlığa gedərək dostları xeyli həyəcanlandırdı, lakin sadiq dostluq və Şnyuk dayının hörümçək toru dostu çətin vəziyyətdən xilas etdi.

"Qışlama"

Qış həşəratların həyatında mürəkkəb dövrdür və əgər vaxtında yaxşıca hazırlaşmasan, sərt qış tənbəl tırtılları cəzalandıra bilər.

"Yolka"

Qış tarlasında söyüd ağacənın qarşısında bütün dostlar toplaşaraq Yeni ilin yaxınlaşmasını müzakirə edirlər. Hədiyyələr hazırlamaq, qonaqları qarşılamaq və yolkanı bəzəmək necə də gözəldir. Üstəlik yolkanın bəzək əşyalarını bəlkə də heç vaxt görə bilməyəciyimiz əsl Şaxta Baba gətirirsə... Əgər Şaxta Babaya inansaq, o, mütləq gələcək.

"Yeni ilin mübarək, Luntik!"

Yeni ili qarşılamaq üşün hər şey hazırdır, qonaqlar bayram stolu arxasına yığışıblar, lakin bu zaman cəmiyyətdə özünü heç apara bilməyən "çağırılmamış" qonaqlar gəlir. Şaxta Baba Vupsen və Pupseni ifşa edir və hamı sevinclə Yeni ili qarşılayır.
Əziz valideynlər, uşaqlarınıza nağıl bəxş edin!

Evdən və ya iş yerindən çıxmadan https://iticket.az/events/s-novim-godom-luntik-2 saytına daxil olaraq tamaşaya bilet əldə etmək mümkün olacaq.

Pulsuz çatdırılma üçün - (077) 600 00 60
Bilet sifarişi və əlavə məlumat üçün - (050)3549054

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Скоро-скоро Новый год, и Лунтик с друзьями в Баку придет

Скоро-скоро Новый год, и Лунтик с друзьями в Баку придет - 1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.