Mədəniyyət

Tofiq Quliyevin 100 və Emin Sabitoğlunun 80 illik yubiley gecəsinə həsr olunmuş konsert keçirildi - FOTO

24 Noyabr 2017 19:24
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, respublikamızda  görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik, lirik mahnılar müəllifi, kino- filmlər üçün yaddaqalan mahnılar bəstələmiş  bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyi çərçivəsində  respublikamızda  bir sıra silsilə tədbirlər  həyata keçirilir.

Noyabrın 23- də Beynəlxalq Muğam Mərkəzində, ADMİU - nin və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə və milli musiqi mədəniyyətimizin inkişafına layiqli tövhələr vermiş Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş konsertdə   Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış edib.

Tədbir ADMİU- nin xor kollektivinin ifasında (Emin Sabitoğlunun və Bəxtiyar Vahabzadənin) "Azərbaycan" mahnısı ilə başladı.

Gecədə T. Quliyevin "Ey sevincim Bakı", "Lirik mahnı", "Kimsən sən", "Sən mənimsən mən sənin", "Qəmgin mahnı", "Zibeydə", "Canım Bakı,qanım Bakı",

E. Sabitoğlunun "Əlvida", "Çiçək yağısı", "Düşürsən yadıma", "Ayrılıq", "Kəpənək", "Belə ola həmişə"mahnıları, "Şükrüyyə" roması tələbələrin ifasında səsləndi.

İfaçıları "Nəğməli Bakı" ansamblı müşayiət edirdi. Ansamblın bədii rəhbəri İnstrumental ifaçılıq kafedrasının baş müəllimi Sevinc Dadaşovadır.

Qeyd edək ki 29 noyabr saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları" layihəsi çərçivəsində "Qatar","Dəşti" və "Mirzə Hüseyn Segahı" səslənəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.