Mədəniyyət

Firuzə Cəlilova qara pişiklərin müdafiəsinə qalxdı - FOTO

22 Noyabr 2017 18:18
Baxış: 3 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şənbə günü "Oyan, Azərbaycan"da  aparıcı Firuzə Cəlilova qara pişiklərin müdafiəsinə qalxdı. Çünki həmin gün İtaliyada "Qara pişiklərin müdafiəsi günü"dür. Günün əsas məqsədi bu balaca varlıqları qara pişik uğursuzluq nişanəsidir düşüncəsində olanlardan qorumaqdır. Efirə əlində qara pişiklə çıxan aparıcı da bu inancın batil inanc olduğunu söylədi. Digər batil inanclardan da danışılan verilişdə numeroloq  Xəyal Məmmədov "13"  rəqəminin mənfi enerjili rəqəm olmadığını, əslində "0" rəqəminin daha çox təhlükəli rəqəm olduğunu qeyd etdi.  Numeroloq 2018- ci ilin də rəqəmlərinin təsirindən danışdı.  Ötən dəfə 1:0 yarışında müxbir Səid Qurbanovu boksda nokaut edib Türkiyəyə qaçan Səkinə  Sofuyevanı da "Oyan Azərbaycan" komandası tapdı. Ondan heyfini çıxmaq üçün Türkiyəyə gedən Səidi bu dəfə Səkinə Aykido yarışında 1:0 etdi. Nömrələrdən piar üçün istifadə edən gənc yazar Coşqun Kərimov isə kitabları çapdan əvvəl satmağın sirlərini açıqladı. Aparıcı Firuzə Cəlilova  redaktoru Mətanət Babayevanı "Dedi-qodu" rubrikasında onun qeybətini etdiyi üçün cəzalandırmaq qərarına gəldi. Stilistdən redaktorunun görkəmini dəyişib eybəcərləşdirməyi xahiş edən aparıcının gözləntiləri puç oldu. Belə ki, stilist əksinə redaktoru yaxşıya doğru dəyişdi. 18 dekabrda Rusiyada Şaxta Babanın ad günü qeyd olunduğunu eşidən "Oyan Azərbaycan" da Şaxta Babaya ad günü  keçirdi. Rusların fikrincə məhs bu gün qış ən soyuq şaxtası ilə gəlir.

"Oyan Azərbaycan"nın bazar efirində isə aparıcı Firuzə Cəlilovanın qonağı canlı ansamblı ilə birgə əməkdar artist Lalə Məmmədova oldu.  Müxbir Vasif Həsənov qapıları döyərək şəhər sakinlərinə " Oyanmısız?" dedi. Ona qapı açan sakinə hədiyyələr verən Vasif onlarla birgə səhər yeməyi də yedi. Müxbir Orxan Əliyev isə həmin günün "Pele günü" olduğunu nəzərə alaraq Pelenin vurduğu qolları bir daha xatırlatdı. Müxbir Heydər Rəsulzadə isə bu dəfə də "Kəndçi" rubrikasında tamaşaçıları kənd sakinləri ilə tanış etdi. "Oyan Azərbaycan"ın bişirib-düşürəni Həmid Mahmudov bu dəfə də izləyicələr ilə yeni öyrəndiyi maraqlı səhər yeməyinin reseptini paylaşdı. 19 noyabrın "Yol-nəqliyyat qəzaları qurbanlarının Ümumdünya Anma Günü" olduğunu nəzərə alan Firuzə Cəlilova tamaşaçılara qəzaya düşən insana necə ilk yardım etmək gərək olduğunu öyrətdi. Ona bu işdə Bakı şəhəri Təcili Tİbbi yardım operativ şöbəsinin həkimi Zülfiyyə İsmayılova yardım etdi. Əyani vəsaitlər ilə tamaşaçılara ürək masajını və süni nəfəs verməyi öyrədən həkim, qəza keçirən insan ilə daha ehtiyyatlı davranmaq gərək olduğunu dedi.  Ümumxalq kişilər gününü isə "Oyan Azərbaycan" verilişi  xalq artisti Rafael Dadaşov ilə birgə qeyd etdi. Xalq artisti ona verilən ən dəyərli hədiyyədən və eşitdiyi ən maraqlı təbrikdən bəhs etdi. Bazar günü efiri Firuzə CƏlilovanın eksklyuziv qonağı da oldu. Bu dünya şöhrətli pediator, tibb elmləri namizədi, "Komarovskinin məktəbi" verilişinin aparıcısı doktor Evqeniy Komarovskiy idi. Tanınmış pediator, pediatriya sahəsindəki bilgilərimizi alt-üst etdi. Çünki ilk pediator idi ki, izləyicilərə xəstəxanalara getməməyi, apteklərdən uzaq durmağı məsləhət görürdü. O, övladlarını  xəstəxanaya aparmamışdan əvvəl valideynlərə xüsusən də atalara uşaqlara diqqət göstərməyi və düzgün şərait yaratmağı məsləhət gördü.

Layihənin rəhbəri və aparıcısı Firuzə Cəlilova, rejissoru Ruslan Şirinov, redaktorları Mətanət Babayeva və Gülnar Məmmədova, koordinatorları isə Emil Cəlilov və Gülnar Muradovadır.

Ona da qeyd edək ki, "Oyan Azərbaycan" şənbə və bazar günləri saat 09:00-dan 11:00-dək Xəzər TV-nin efirində yayımlanır.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.