Mədəniyyət

Asif Kəngərlinin kitablarının təqdimatı keçirilib

22 Noyabr 2017 14:23
Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 21-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimat mərasimi keçirilib.

Narkomanlığa qarşı mübarizəyə dair işlərin görülməsi, əhalinin və xüsusilə gənclərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə yazıçının "Tütünçəkmə barədə hər şey", "Alkoqol-sağlam həyat tərzinin düşməni" və "Narkotik-maddə ailəvi qırğın silahı" adlı kitablarının təqdimatı baş tutub.

Tədbirdə millət vəkili Fazil Mustafa, əməkdar artist Eldost Bayram, "Aqra" Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mirələkbər Seyidov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları və başqaları iştirak ediblər.

Həkim-yazıçı Asif Kəngərli alkoqolizm və narkotikin insan orqanizminə ziyanlarından, onunla necə mübarizə aparmağın yollarından, zərərli olduğu bilindiyi halda niyə sürətlə artdığının səbəblərindən söhbət açıb.

Çıxış edənlər dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə, təbliğat işlərinin aparılması, bu mövzuda kitabların rolu və mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuluyublar.

Sonda Asif Kəngərlinin müəllifi olduğu "Bəla" pyesindən fraqmentlər nümayiş olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.