Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində "Muğam və mənəviyyat" adlı layihə çərçivəsində konsert keçirildi

20 Noyabr 2017 18:36
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin "Muğam və Mənəviyyat" adlı birgə layihəsi çərçivəsində konsert keçirilib.

Konsertdə Xalq artisti Aygün Bayramova "Yar olmayaydın" təsnifini, Xalq artisti Nəzakət Teymurova "Bulaq üstə" təsnifini, Əməkdar artist Almaz Orucova isə "Badi-Səba" təsnifini ifa ediblər.  Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, xanəndə Fəraməz Gərmrudinin ifasında "Dəşti" muğamı təqdim olunub. 

Tədbirdə xanəndələri "Könül" intrumental ansanblı müşayiət etdi. Ansanblın üzvləri -  bədii rəhbər Əməkdar artist, Əliağa Sədiyev tarda  , Əməkdar artist Elşən Mansurov kamançada,  Əməkdar artist Şirzad Fətəliyev balabanda, Əməkdar artist Kamran Kərimov nağarada, Hüsaməddin Əzizov bəm nağarada, Qalib Həşimov bəm tarda və Fərid Babayev bəm kamançada ifa etdi.

Anşlaqla keçən konsert muğamsevərlər tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzi və  Mədəniyyət kanalınin "Muğamat var olan yerdə" layihəsi çərçivəsində Səbinə Ərəblinin konserti keçiriləcək. Tədbir saat 19-da başlayacaq.

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az internet saytından əldə etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.