Mədəniyyət

Milli Dirçəliş günü ilə əlaqədar keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

18 Noyabr 2017 14:42
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və  Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında "Musiqi alətlərində ifa üzrə" keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.

Daha sonra Mədəniyyət evinin fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində  Mədəniyyət evinin "Gənclik" instrumental ansamblı, "Məşəl" və "Gold" rəqs kollektivlərinin, müğənnilər Aysel Əlizadə, Könül  Məmmədli, MirCabbar Mirbabayev, Nejla Mirzəyeva, Abdul  Xalid, Paşa Ümid və Tahirə Muradovanın rəngarəng çıxışları alqışlarla qarşılanıb.

Sonda müsabiqənin qaliblərinə fəxri-fərmanlar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə oktyabr ayının əvvəlində start verilib.  3 turdan ibarət olan müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər. Yekun turda münsiflər heyyəti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyənləşdiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.