Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" adlı möhtəşəm layihəsi davam edir - FOTO

16 Noyabr 2017 19:38
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və  "Mədəniyyət" kanalının birgə layihəsi olan "Muğam axşamları" adlı layihənin ikinci mərhələsinin növbəti konserti keçirildi. Konsertdə "Bayatı Qacar" və "Şahnaz" muğamları səsləndi.

"Bayatı Qacar" muğamını xanəndələr Respublikanın Əməkdar müəllimi Qəzənfər Abbasov və Əməkdar artist Nuriyyə Hüseynova  ifa ediblər.

Sonra isə  Əməkdar müəllim Qəzənfər Abbasov tələbələri, V Muğam Televiziya Müsabiqəsinin laureatı Ülviyyə Məmmədzadə  və VI Muğam Televiziya Müsabiqəsinin laureatı Nüşabə Kərimova ilə birlikdə  "Şahnaz"  muğamını səsləndiriblər.

Gecədə xanəndələri  İlhamiz İsmayılov (tar), Bayram Əliyev (kamança), İdris  Tağıyev(balaban),Elnur Əliyev (nağara) müşayiət ediblər.

Xanəndələrin "Bayatı Qacar" və "Şahnaz" muğamları ilə  bərabər səsləndirdikləri xalq mahnıları da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

İnformasiya dəstəyi-"Mədəniyyət" kanalı, Azərbaycan radiosu, "AzərTac", "Baku" jurnalı, Trend.Az, Milli.Az.

Noyabrın   29 - da Beynəlxalq Muğam Mərkəzində "Qatar", "Dəşti",  "Mirzə Hüseyn Segahı"səslənəcək.

Biletləri  şəhərimizin kassalarından"ASAN xidmət"mərkəzlərindən  və iticket.az  
(online) saytından əldə edə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.