Mədəniyyət

FHN Mülki Müdafiə Qoşunları Musiqili Teatra təşəkkür etdi

16 Noyabr 2017 13:29
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib. Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir:

"Hörmətli Əliqismət müəllim!

Mülki Müdafiə Qoşunlarında şəxsi heyətin asudə vaxtının səmərəli təşkilində göstərdiyiniz köməkliyə görəçəxsən Sizə və rəhbərlik etdiyiniz Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə dərin təşəkkürümüzü bildiririk".

Fövqaladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanı general-mayor İlham Abdullayevin imzaladığı qarşılıqlı münasibətlərin vacibliyi xüsusi şəkildə vurğulanan təşəkkür məktubunda daha sonra qeyd olunur:

"Bundan sonra da bu istiqamətdə bizimlə əməkdaşlığınızı davam etdirəcəyinizə əminliyimizi ifadə edirəm

Dərin hörmət və ehtiramla, Mülki Müdafiə Qoşunlarının komandanı İlham Abdullayev".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.