Mədəniyyət

Tamaşalara görə Gənc Tamaşaçılar Teatrına təşəkkür məktubu

15 Noyabr 2017 18:42
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər zaman olduğu kimi bu il də aztəminatlı ailələrin övladları, fiziki qüsurlu və valideyn himayəsindən məhrum uşaqlar, Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri,  təmənnasız xidmət göstərməkdə davam edir və eyni zamanda teatr müxtəlif ictimai təşkilatlar , dövlət qurumları ilə əlaqələrini davam etdirərək onların asudə vaxtının səmərəli keçirilməsinə yardım etməkdədir.

Teatr il ərzində hazırlanan və  nümayiş etdirilən tamaşalara adıçəkilən təşkilatları fəal cəlb edir. Xeyriyyə məqsədilə nümayiş etdirilən tamaşalara, eləcə də hər zaman onlara göstərilən diqqət və qayğıya görə bir sıra müəssisələrdən teatra təşəkkür məktubları mütəmadi olaraq daxil olmaqdadır. Təşkilatlardan gələn məktublarda teatrda nümayiş etdirilən tamaşaların keyfiyyəti, gənc nəslin əxlaqi-mənəvi dəyərlərə yiyələnməsi, maariflənməsi mövzusunda əsərlərin üstünlükləri qeyd edilərək teatrın rəhbərliyinə və yaradıcı heyətinə minnətdarlıq ifadə olunur.  Noyabrın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına daha bir təşəkkür məktubu ünvanlanmışdır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayevin  teatrın rəhbərliyinə göndərdiyi məktubda kollektivin mülki müdafiə qoşunlarında şəxsi heyətin asudə vaxtının səmərəli təşkilinə göstərdiyi köməkliyə görə minnətdarlıq ifadə olunmuşdur. Məktubda həmçinin bu istiqamətdə qarşılıqlı əlaqələrin davam etdiriləcəyi və gələcəkdə daha da möhkəmləndirilməsi əminliklə ifadə edilmişdir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.