Mədəniyyət

"Rəssamlar Bağı" salındı

17 Oktyabr 2017 18:54
Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan mədəniyyəti tarixində ilk dəfə olaraq görkəmli azərbaycanlı rəssam və heykəltəraşların iştirakı ilə "Rəssamlar Bağı" salınmışdır.

Milli.Az bildirir ki, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir "Eko Park: Ekoloji Təqdiqatlat Mərkəzi" İctimai Birliyinin təşəbbüsü ilə ona məxsus Park ərazisində Xalq Rəssamları Xanlar Əhmədov, Qəyyur Yunus, Əməkdar Rəssamlar Eldar Qurbanov, Rais Rasulzadə, Əməkdar İncəsənət Xadimi MirTeymur Məmmədov, "Yeni era" Dünya Rəssamlıq Akademiyasının müxbir üzvü Nağdəli Xəlilov, heykəltəraş Zakir Əhmədov, rəssamlar Ramiz Abbasov, İntiqam Ağayev, Cəfər Əliquliyev və digərləri, eləcə də Xəzər Rayon İcra Hakimiyyətinin, "Azneft" İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin, Mərdəkan Dendraloji İnstitutunun nümayəndələri iştirak etmişdir.

Tədbir zamanı Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin müxtəlif yaş qruplarından olan şagirdləri tədbirə qonaq qismində qatılmış, vətənpərvərlik mövsuzunda musiqili və bədii kompazisiyalarla çıxış etmişlər.

Şagirdlərin çıxışından sonra Eko Mərkəzdə Liseyin şagirdləri tərəfindən hazırlanmış rəsm sərgisinə baxış keçirilmişdir. Daha sonra şagidlər Park ərazisində yerləşən İstixanada gələcəyin gənc ekoloqları kimi otaq bitkiləri əkdilər.

Ağacəkmə mərasimindən sonra qonaqlara "Bakı Etüdü" adlı layihə əsasında Abşeron etnoqrafiyası üçün xarakterik olan daş artefakt nümunələri təqdim olunmuş, onların tarixi və xarakteristikası haqqında məlumatlar çatdırılmışdır.

"Rəssamlar Bağı" "Eko Park: Ekoloji Təqdiqatlat Mərkəzi" İctimai Birliyinin incəsənət xadimləri ilə ilk layihəsi olduğunu qeyd edən İctimai Birliyin direktoru Tahir Şıxəliyev bu cür layihələrin davamlı keçiriləcəyini bildirmişdir.

Tədbirin sonunda xatirə fotosu çəkdirmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.