Mədəniyyət

Rejissor Erik Gandini DokuBaku festivalında - FOTO

14 Oktyabr 2017 15:11
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13 oktyabr DokuBaku festivalında Lidia Sheyninanın "Vəhdət", Erik Gandinin "Isveç sevgi nəzərəriyyəsi" və Andres Dukenin "Oleg və nadir sənətlər" filmləri göstərilmişdir.

"Vəhdət" filmi nənə və onun həyatının təcavüz edən nəvələri və qızı haqqında sənədli ailə draması 13 oktyabr nümayişlərini açdı.

"İsveç sevgi nəzəriyyəsi" sənədli filmini Bakı publikasına filmin rejissoru Erik Gandini təqdim etdi. Zal tamaşaçılaral dolu idi, filmə baxıb rejissorla danışmaq üçün bəzi izləyicilər pilləkanlərdə belə oturmuşdular.

Günün axırıncı film nümayişi olan "Oleg və nadir sənətlər" sənədli filminin müzakirəsini Bakı Musiqi Akademiyasının professoru Zümüd Dadaşzadə aparırdı. Görkəmli bəstəkar Oleg Karavayçuk haqqında olan bu film öz möcüzəvi musiqisi ilə tamaşaçıları heyrətləndirmişdi.

DokuBaku Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq sənədli film festivalıdı. Bu festival çərçivəsində 12-20 oktyabr tarixlərində Bakıda film nümayişləri, konsertlər, ustad dərslər keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.