Mədəniyyət

Azərbaycanda ilk dəfə beynəlxalq sənədli film festivalı keçiriləcək - FOTO

25 Sentyabr 2017 14:48
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq sənədli film festivalı - DokuBaku 12-20 oktyabr tarixlərində Bakı şəhərində baş tutacaq.

Milli.Az bildirir ki, festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur. Müxtəlif kinofestivallara səfərləri zamanı İmam Həsənov Bakıda keçirilən festivallar barədə suallar ilə qarşılaşırdı. O, Azərbaycanda beynəxalq filmlərin iştirak edə biləcəyi heç bir festivalın gerçəkləşdirilmədiyini təəssüf hissi ilə söyləyəndə, belə bir sual eşidirdi: "Bəs nə üçün siz özünüz bu tərz festival təşkil etməyəsiniz?" DokuBaku festivalının ideyası məhz belə yarandı və nəhayət, bu il o reallaşdırılacaq.

DokuBakunun bu ilki mövzusu "Reallığı sınayaraq" devizində əksini tapıb. Festivalın proqramı iki hissədən - əsas və müsabiqə proqramlarından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 17 sənədli film təqdim ediləcək, rejissor və prodüserlərlə ustad dərslər, musiqi performansları təşkil olunacaq. Festivalın proqramı tam şəkildə sentyabrda açıqlanacaq. Hannes Lang, Erik Gandini və Ammar Aziz kimi tanınmış sənədli film rejissorları DokuBaku festivalının qonaqları olacaq. Festival günlərində dörd günlük "My street films" ustad dərsi keçiriləcək və həmin dərslərin yekunu olaraq dərs iştirakçıları tərəfindən iki film çəkiləcək. Bu və digər ustad dərsləri haqqında ətraflı məlumat facebook səhifəmizdə və dokubaku.org saytında yerləşdiriləcək.

DokuBaku həmçinin yerli rejissorlar üçün də müsabiqə proqramı tərtib edib. Bu proqramda 2015-2017-ci illərdə yaradılmış qısametrajlı sənədli filmlər iştirak edə bilər. Beləliklə, festival azərbaycanlı rejissorları sənədli filmlər yaratmağa və festivallarda iştirak etməyə sövq edir. Münsiflər heyətində tanınmış yerli və xarici kino mütəxəssisləri təmsil olunacaq.

Daha ətraflı məlumatları aşağıdakı linklərə daxil olaraq əldə edə biləcəksiniz.

Website: https://www.dokubaku.org/ 

Facebook: https://www.facebook.com/dokubaku.idff/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.