Mədəniyyət

Musiqili Teatrda iki gün bayram ovqatı - FOTO

25 Sentyabr 2017 13:45
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir həftəyə yaxındır ki, ölkəmizdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. Beynəlxalq mədəni aləmdə kifayət qədər sanbala və nüfuza malik olan bu mötəbər tədbirdə Azərbaycan Dövlət Musiqili Teatrı da iştirak edib.

Qurumun mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, Dövlət Musiqili Teatrının ifasında festivalda dahi Üzeyir Hacıbəylinin əbədiyaşar "Arşın mal alan" və "O olmasın, bu olsun" operettaları təqdim olunub. Teatrın kollektivi iki gün ard-arda tədbir iştirakçıları və tamaşaçılar qarşısında çıxış edib. Musiqili Teatrın Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalındakı budəfəki çıxışı xüsusi özəlliyi ilə fərqlənib. Belə ki, nümayiş olunan tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edib. Bərdia Kiyarəs məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakla bağlı Bakıya dəvət olunub.

Tamaşaları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları, festival iştirakçıları və digər mötəbər qonaqlarla yanaşı, Musiqili Teatrın daimi və sevimli tamaşaçıları izləyiblər.

Anşlaqa səbəb olan hər iki səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq, sevgi və alqışlarla qarşılanıb. Səhnə hər iki gün tamaşaçıların böyük sevgisinin rəmzi olan gül-çiçək dəstələrinə bələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.