Mədəniyyət

Muğam Mərkəzində Frederik Şopenin skerzo və balladaları səsləndi - FOTO

25 Sentyabr 2017 13:13
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib.

Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1998-ci ildə ailəsi ilə Sankt-Peterburq şəhərinə köçüb və ilk musiqi təhsilini məhz bu şəhərdə alıb. 2013-cü ildə Azərbaycan Milli Konsevatoriyası nəznində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir.

Pianoçu hələ gənc ikən respublikanın hüdudlarından kənarda bir neçə beynəlxalq müsabiqələrdə çıxış edib, laureat adını qazanıb. Musiqiçinin repertuarına L.V.Bethoven, F.Şopen, R.Şuman, P.İ.Çaykovski və başqa bəstəkarların əsərləri daxildir.

Anşlaqla keçən konsert tamaşaçılar tərəfindən maraq və gur alqışlarla qarşılanıb.

Qeyd edək ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi 26 sentyabr tarixində Yeni Münhen Filarmonik Orkestrinin konserti ilə baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.