Mədəniyyət

Heydər Əliyev Sarayında yeni bir layihə "Məşhurlar və övladları" təqdim olunub - FOTO

24 Sentyabr 2017 17:20
Baxış: 2 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Sarayında yeni bir layihə "Məşhurlar və övladları" adlı konsert proqramı təqdim olunub.

İlk dəfə keçirilən layihədə Respublikanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Lalə Məmmədova, Çingiz Əhmədov, Yadigar Muradov, Rəna Talıbova, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Eldəniz Məmmədov və övladları iştirak ediblər.

Konsertdə müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə, "Şuşanın səsi" instrumental ansamblı müşaiyət edib.

Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev və Nadir Qafarzadə çıxış ediblər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.