Mədəniyyət

"Sevgili Canan" adlı konsert keçirildi - FOTO

22 Sentyabr 2017 16:52
Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Sevgili Canan" adlı konsert keçirilib.

Milli.Az xəbər verir ki, 21 sentyabr  Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Mədəniyyət kanalı ilə birgə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində "Sevgili Canan" adlı konsert keçirilib.

Gecədə Ü.Hacıbəyli-"Sənsiz", "Sevgili Canan", Tofiq Quliyev-"Bəxtəvər oldum", F.Əmirov-"Gülərəm gülsən","Gülüm","Azərbaycan elləri", "Ulduz", S.Ələsgərov-"Vətənimdir", V.Adıgözəlov-"Qərənfil", Azərbaycan klassik bəstəkarların romanslarını əməkdar artistlər Anar Şuşalı, Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Vahabzadə, Afaq Abbasova, Nərgiz Kərimova,  gənc ifaçılar Taleh Yahyayev, Lalə Cəfərova, Şaban Cəfərov, Fatimə Cəfərzadə, Çinarə Əzimova, Fəxri Kazım Nicat,  ifa ediblər. Onları pianoda Nərgiz Ağayeva, Rəfiqə Quluzadə, Aysel Məlikova, Nərminə İsmayılova və Təranə Məmmədova müşayiət edib. Bir-Birindən parlaq ifalar təqdim edilən  konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki,festifal çərçivəsində 23 sentyabr tarixində Eldəniz Ələkbərzadənin (piano) ifasında fortepiano musiqi gecəsi keçiriləcək.

Biletləri şəhərin kassalarından, Asan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.