Mədəniyyət

Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirildi - FOTO

21 Sentyabr 2017 14:14
Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxlaq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib.

Milli.Az xəbər verir ki, gecədə UNESCO- nun sülh artisti, beynəlxalq müsabiqələr laureatı  Gürcüstanın "The medal of Georgian Government" (Gürcüstan Dövlət Medalı) medalına layiq görülmüş Eliso Bolkvadze çıxış edib. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirərək 2015 - ci ildə UNESCO-nun "Sülh artisti" adına layiq görülmüşdür. Sosial aktiv faəliyyətlərlə məşğul olan pianoçu, Gürcüstan Mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunan  Batumi Ümummilli festifalının təsisçisidir.        

Eliso Bolkvadze tamaşaçılar üçün L.V. Bethoven- 3 saylı sonata,  F.Şopen-Parlaq palanez, F.Şubert- Ekspromt, K.Debüssi-"The joyful İsland", S.Prokofyev -fortepiano üçün 2 saylı sonata  əsərlərini səsləndirib.

Onun ifası musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festifal çərçivəsində 21 sentyabr Mədəniyyət kanalı ilə birgə  "sevgili canan" adlı layihə, 23 sentyabr tarixində Eldəniz Ələkbərzadənin (piano) ifasında fortepiano musiqi gecəsi keçiriləcək.

Biletləri şəhərin kassalarından, Azan Xidmət mərkəzlərindən və iticket. Az saytından əldə etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.