Mədəniyyət

Azərbaycanlı rəssam Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib - FOTO

20 Sentyabr 2017 17:46
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Yeditepe Universitetinin dosenti, Azərbaycanın əməkdar rəssam, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədri Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, T.Rzayev Türkiyə ilə Rusiya arasındakı mədəniyyət və sənət əlaqələrinin inkişafındakı xidmətlərinə görə həmin medala layiq görülüb.

Rusiya Rəssamlıq Akademiyasının yaradılmasının 260 illik yubileyi çərçivəsində keçirilən tədbirdə medalı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, akademik Zurab Tseriteli təqdim edib.

Təqdimat mərasimində Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Sənət Akademiyasının akademiki Tahir Salahov, Mimar Sinan Universitetinin rektoru, professor Yalçın Karayağız, professor Aydın Ayan və YediTepe Universitetinin Gözəl Sənətlər Fakultəsinin dekanı, professor Gülveli Kaya və digər qonaqlar iştirak edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.