Mədəniyyət

Xanımı xalq artistinin səhhətindən danışdı: "Xəstəxanadan çıxmağı düşünürük"

18 Sentyabr 2017 14:47
1 Şərh     Baxış: 2 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti normallaşıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Rafiq Hüseynovun müalicəsi palatada davam etdirilir: "Hər şey yaxşılığa doğrudur. Yavaş-yavaş özünə gəlir. Düzdür, hələ ki, yemək yeməyi, gəzməyi çətindir, amma həkimlər bizi arxayın ediblər ki, get-getə bütün narahatlıqlar aradan qalxacaq. Əsas odur, kritik vəziyyətdən çıxıb, indi özünü normal hiss edir".

Həyat yoldaşı əlavə edib ki, sentyabrın 20-21-də Rafiq Hüseynov xəstəxanadan çıxıb Bakıya gələ bilər: "Həkimlərlə danışmışıq, deyirlər, iki-üç gün də gözləyək, əgər əlavə problemlər çıxmazsa, xəstəxanadan evə yaza bilərlər. Yataq şəraitindədir, ola bilər, bu vəziyyət bir ay da çəksin. Ona görə xəstəxanada artıq vaxt itirmək istəmirik. Özü də çox darıxır. Bakıdan dostları, iş yoldaşları, jurnalistlər tez-tez zəng vururlar. Xahiş edirəm, Rafiqin Hüseynovun səhhətini diqqətdə saxlayan, bu çətin günlərdə bizi tək qoymayan bütün insanlara minnətdarlığımızı çatdırın".
 
Qeyd edək ki, xalq artisti R. Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.