Mədəniyyət

ADGTT Beynəlxalq Teatr Festivalından gəldi

13 Sentyabr 2017 19:54
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi bu ilin sentyabr ayının 7-dən Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI "Tuqanlıq" Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 11-də M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində festivalın proqramına uyğun olaraq yazıçı-dramaturq Tamara Vəliyevanın "Cəza" mono tamaşası ilə çıxış etmişdir. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

"Cəza" tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Azərbaycan Respublikasının Əməkdar artisti Kəmalə Hüseynova ifa edir.

Tamaşa başqasına aşiq olan və cox da gənc olmayan ərli qadının daxili mübarizəsindən bəhs edir. Qadın hisslərinə görə əzab çəkməsinə baxmayaraq özü ilə bacarmır. Aktrisa Kəmalə Hüseynova qəhrəmanının ağrı - əzablarını tamaşaçıya məharətlə çatdıra bilir. Əri, uşaqları, evi, ailə qayğıları - hər şey onun üçün əhəmiyyətsizdir və qadının həyatı öz - özüylə mübarizə aparmaqla keçir. O, yalnız ümid və xəyallarla yaşayır. Ancaq başa düşmür, görmür ki, onu yaxın gələcəkdə ölüm gözləyir...

Festivalın təntənəli bağlanışı sentyabr ayının 14-də baş tutacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.