Mədəniyyət

Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar

23 Avqust 2017 17:59
8 Şərh     Baxış: 12 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb. 

Milli.Az bildirir ki, xalq artisti pressclub.az-a açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Amma həkimlər tamaşalarda, seriallarda oynamağa, hələ ki, icazə vermirlər. Stressdən, əsəbdən uzaq olmalıyam. Qurban bayramından sonra, yəqin ki, işə çıxacam".

Pərvanə Qurbanova deyib ki, seriallarda oynamaq üçün ona dəvətlər gəlir: "Amma, hələ ki, seriallarda oynayıb-oynamamaq qərarını tam verməmişəm. Həkimlərimlə məsləhətləşməliyəm".

Qeyd edək ki, 1965-ci il təvəllüdlü xalq artisti "Pərvanələrin rəqsi" serialında oynadığı qayınana obrazı ilə tamaşaçılar tərəfindən sevilib.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.