Mədəniyyət

"Muğamat var olan yerdə" adlı televiziya layihəsinə start verilir - VİDEO

21 Avqust 2017 18:48
Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı "Muğamat var olan yerdə" adlı televiziya layihəsinə start verilir.

Dövlətimiz tərəfindən son illərdə milli musiqiyə, muğama olan diqqət və qayğı əvəzsizdir. Təsadüfi deyil ki, Azərbaycan muğamı YUNESKO-nun qeyri-maddi və mədəni irs siyahısına daxil olub. Bakı kəndlərində də muğama hər zaman önəm verilib. Layihənin keçirilməsində məqsəd Bakı şəhərinin kənd və qəsəbələrində, eləcə də Bakı ətrafı ərazilərdə yaşayan sakinlərə, eləcə də televiziya tamaşaçılarına milli musiqi incilərimizi təqdim etməkdir. Bakının kənd və qəsəbələrində keçiriləcək "Muğamat var olan yerdə" adlı telelayihənin ilk buraxılışı avqust ayının 23-də Mərdəkan Mədəniyyət Sarayında baş tutacaq. Layihədə Rasim Ələsgərlinin rəhbərliyi ilə "Şirvan" folklor ansamblı, "Muğam" Televiziya Müsabiqəsinin qalibləri və laureatları- Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Nigar Şabanova, Sərxan Bünyadzadə, Ramiq Bayramov, Nisbət Sədrayeva, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı iştirak edəcəklər. Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birgə həyata keçirilir.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.