Mədəniyyət

Səhhətində problem olan Ramiz Əzizbəyli Türkiyəyə aparıldı - YENİLƏNİB

28 İyul 2017 14:56
1 Şərh     Baxış: 3 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:56

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli bu gün Türkiyəyə yola düşüb. Aktyor qardaş ölkədə müayinə və müalicə olunacaq.

Milli.Az bildirir ki, bu barədə Yenicag.az-a aktyorun qızı Xədicə Əzizbəyli açıqlama verib.

"Atam müayinə üçün Türkiyəyə gedib. Anam da onunla bir yerdədir. Hələlik, hansı xəstəxanada müalicə alacağını deyə bilmərəm. Müayinə və analizlərin cavabından sonra atamın vəziyyəti barədə nəsə demək mümkün olacaq".

Bəs görəsən xalq artisti əməliyyat olunacaqmı? Bu suala Xədicə xanımın cavabı belə oldu:

"Yox, əməliyyat olunmayacaq, çünki bu, onun həyatı üçün təhlükəlidir. Bilirsiniz ki, o, insultdan əziyyət çəkir. Əl və ayaqlarının işləməsi üçün müalicəyə ehtiyacı var. Sadəcə olaraq, fizioterapiya keçmək üçün Türkiyəyə gedir. Hələ təyyarə İstanbula enməyib. İnşallah, atam sağalar".

Xatırladaq ki, Ramiz Əzizbəyli bir neçə ildir ki, insultdan əziyyət çəkir və evdə həkim nəzarəti altında müalicə olunur. Onun qardaş ölkədəki müalicə xərclərini Türkiyənin məşhur tibb şirkətlərindən biri öz üzərinə götürüb.

---------

09:39

Xalq artisti Ramiz Əzizbəyli bu gün Türkiyəyə yola düşür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, uzun müddətdir səhhətində problem olan aktyorun müalicəsi orada davam etdiriləcək.

R.Əzizbəylini yola salmaq üçün sənət dostları saat 11:00-da hava limanında toplaşacaqlar.

Qeyd edək ki, R.Əzizbəylinin bir tərəfi iflic olub. Yaxşı gəzə bilmir. Beynində problem var. Həkimlər onun xaricdə əməliyyat olunmasını məsləhət görüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.