Mədəniyyət

"Keyxanım"ın Türkiyədə yaşayan "sevgili"si danışdı: "Bir-birimizlə əlaqə saxlayırıq" - FOTO

25 İyul 2017 21:17
2 Şərh     Baxış: 10 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl "3 bacı" serialında aktrisa Ülviyyə Əliyeva ilə sevgili rollarını paylaşan türkiyəli aktyor Şakan Ersan filmlərə çəkilməməsindən danışıb.

Milli.Az-a açıqlama verən aktyor həmkarı, "Keyxanım" ləqəbli aktrisa Ülviyyə Əliyeva ilə münasibətindən də söz açıb:

"Hal-hazırda bir işlə əlaqədar olaraq Türkiyədəyəm. Heç bir film və serialda çəkilmirəm. Çünki ssenarilər çox qarışıqdır, bundan əlavə də komik yox, dram janrındakı seriallarda çəkilmək istəyirəm. Sözün düzü, bir-iki yerdən təklif gəlib, amma maddiyyatda ortaq məxrəcə gələ bilmədiyim üçün çəkilməmişəm. "3 bacı" serialı hələ ki, mənim çəkildiyim ilk və son ekran işidir"

Aktyor həmkarı Ülviyyə Əliyeva ilə olan münasibətindən də danışıb:

"Sosial şəbəkələr vasitəsilə biz bir-birimiz ilə əlaqə saxlayırıq. Ülviyyə canlı yayım edəndə girib ona salam yazıb çıxıram. Serialda sevgili olsaq da, kənarda bacı-qardaş olmuşuq".

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.