Mədəniyyət

"Ölümün qabağında "kişilik" edə bilmədi" - Flora Kərimova Mirzə Babayev haqda

16 İyul 2017 13:42
6 Şərh     Baxış: 7 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün müğənni, aktyor Mirzə Babayevin doğum günüdür.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova onunla ilə bağlı təəssüratlarını bölüşüb:

"Dünyasını dəyişməmişdən bir həftə əvvəl bəstəkar Sevinc Qasımova ilə birlikdə Mirzə müəllimə baş çəkməyə getmişdik. Çatanda gördük ki, üzü divara tərəf yatıb. Çox arıqlamışdı. Ədyalın altında bilinmirdi ki, adam var. Yavaşca ağ saçlarından öpdüm və oradan çıxdıq. Yanında qohumları da var idi. Biz klinikanın qapısına çatırdıq ki, bir də gördük həmin qohumu tövşüyə-tövşüyə gəldi və dedi ki, "Flora xanım, Mirzə müəllim ayıldı və sizin gəldiyinizi öyrənəndə onu tez qaytarın dedi". Qayıtdıq və onunla xeyli söhbət etdik. Onda da, ondan əvvəl də deyirdi ki, "90-ı keçib 100-ü tamamlamayan kişi deyil". 1 həftə keçdi, amma sözünün üstündə durmadı. 

Kişi xasiyyətli, kişi davranışlı Mirzə müəllim ölümün qarşısında kişilik edə bilmədi. Çox müsbət, enerjili adam idi. Onun güzəranından, imkanından, ailə problemlərindən az-çox xəbərim var idi. Hansı dərdi olursa olsun bunu qarşısındakına bildirməz, hər zaman pozitiv enerji verərdi. Ölümündən iki il əvvəl onunla konsertə çəkilmişdim. Mən insanın dərdi olduğunu hiss edə bilirəm. 

Ürəyin açıb danışdı, nələr danışdı və mənim üçün həmin söhbətdən sonra sanki Mirzə müəllim təzədən doğuldu. İki nəfəri belə kəşf etmişəm. Biri Rübabə Muradova idi, onu da ölümündən qabaq görmüşdüm, biri də Mirzə Babayev. Ruhu şad olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.