Mədəniyyət

Anna Netrebko və Yusif Eyvazov Çində konsert proqramı ilə çıxış edəcəklər

16 İyul 2017 13:14
0 Şərh     Baxış: 1 139

Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) oktyabrın 6-da Asiya-Avstraliya turu çərçivəsində Çinin Nankin şəhərində konsert proqramı ilə çıxış edəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yusif Eyvazov bu barədə məlumatı "facebook" səhifəsində yayıb. İfaçıların Asiya-Avstraliya turuna, həmçinin Azərbaycan, Yaponiya, Koreya, Yeni Zelandiyada konsertlər daxildir.

Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.