Mədəniyyət

Anna Netrebko və Yusif Eyvazov Özbəkistan Böyük Teatrında çıxış edəcəklər

14 İyul 2017 20:58
1 Şərh     Baxış: 1 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) iyulun 24-də Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrında çıxış edəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konsert proqramında, həmçinin Lüdovik Tizye (baritone, Fransa) və Yelena Jidkovanın (metso-soprano, Rusiya) çıxışı nəzərdə tutulur. Özbəkistan Milli Simfonik Orkestrinə Denis Vlasenko (Rusiya) dirijorluq edəcək.

Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.