Mədəniyyət

Gənc Tamaşaçılar Teatrının direktoru İsrailli həmkarı ilə görüşdü

14 İyul 2017 13:34
Baxış: 586

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru İsrailli həmkarı ilə görüşüb.

Milli.Az bildirir ki, ADGTT-nın direktoru Əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov İsrailli həmkarı - İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb.

İşgüzar və yaradıcı şəraitdə keçən görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb, sonda İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirilməsi barədə razılıq əldə olunub.

"İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrı ilə yaradıcılıq əlaqələrinin qurulması bizim üçün maraqlıdır. Çünki, biz müxtəlif ölkələrdə beynəlxalq festivallarda iştirak edərkən İsrailli həmkarlarımızla tanışlığımız olmuşdur. Onlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, onun repertuarı haqqında artıq məlumatlıdırlar və bizimlə yaradıcılıq əməkdaşlığı etmək arzusundadırlar. Bu bizim İsrailli həmkarlarımızla ilk beynəlxalq layihəmiz olacaqdır. Ümid edirəm ki, bu layihəni də uğurla həyata keçirəcəyik" - deyə Mübariz Həmidov bildirib.

Danışaqlardan əldə olunan razılığa əsasən İsrail Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümündə ADGTT-nın səhnəsində "Bremen musiqiçiləri" və "Balaca şahzadə" tamaşaları ilə çıxış edəcək, daha sonra isə ADGTT-nın kollektivi Tel-Əvivə səfər edəcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.