Mədəniyyət

"Deyirdilər ki, Amaliya ölüb" - Xalq artisti başına gələnlərdən danışdı - FOTO

13 İyul 2017 21:17
3 Şərh     Baxış: 3 506

Xalq artisti Amaliya Pənahova teatr və kino səhnəsində başına gələn təhlükələrdən danışıb. Milli.Az-a açıqlama verən aktrisa tamaşa qabağı yaşadığı bir qorxunc hadisəni bizimlə bölüşüb.

"Sabit Rəhmanın "Nişanlı qız" tamaşasının premyerasına hazırlaşırdım. Elə oldu ki, evdə qaynar şorba qazanını aşırtdım. Qaynar şorba ayaqlarıma töküldü, pis hala qaldım. Təcili yardım çağırıb, məni birtəhər özümə gətirdilər. Heç kimə minnət qoymadım, getməsəydim, tamaşaçılarım da məyus olardı, mən də. Ona görə səhnə qurban tələb edir. Ayaqlarımın yanmasına baxmayaraq, hündür daban ayaqqabıda tamaşanı əziyyətlərlə də olsa oynadım. Təcili tibbi yardım maşını da səhnənin arxasında dayanmışdı. Hətta şayiə yayılmışdı ki, "Amaliya ölüb, Amaliya qəzaya düşüb" deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Eli · 13 İyul 21:2620

    Men heç meyus olmazdım

    Cavab yaz
  • Anonim
    bakili · 13 İyul 22:3323

    AMALYA xanim bizim korifey senetkarimizdir gözel akrtrisa gözel insan. ALLAH can sagligi versin size amaliya xanim 100 yawayin !

    Cavab yaz
  • Anonim
    Elxan · 14 İyul 08:0900

    Plastik əməliyyatdan sonra insanların acınacaqlı görünüş aldığı hec kəsə sirr deyil,amma bu əməliyyatdan sonra öz görkəmi ilə qarşısına çıxanlarda vahimə yaradanlardan biri,hətta birincisi A.Pənahovadır.Sabit Rəhmanın qeyd edilən əsərinə tamaşa etmək,tamaşa edənlərdə zövq probleminin olduğunun göstəricisidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.