Mədəniyyət

Bakıda keçirilən festivalın iştirakçıları Bakı Şəhər Mədəniyyət və Turizm Baş Idarəsinin qonağı olub

12 İyul 2017 17:28
Baxış: 616

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində "Dostluq körpüsü" adlı II Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir. Festivala Azərbaycan, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Milli.Az bildirir ki, iyulun 10-da Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov qonaq ölkələrin nümayəndələri ilə görüş keçirdib. Görüş zamanı V.Zeynalov festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Səmimiyyət və dostluq şəraitində keçən görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub, qonaqlarla xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, 07-13 iyul tarixlərində keçirilən Festivalın açılış konserti iyulun 09-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  baş tutub. İştirakçılar festival zamanı İdarə tərəfindən təşkil olunmuş ekskursiyalara qatılıblar. Qonaqlar Bakının tarix-mədəniyyət və təbiət qoruğu olan "Yanar dağ", Şəhidlər Xiyabanı, Funikulyor, İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğu, Xalça muzeyi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Festivalın yekun qala konserti iyulun 13-də Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.