Mədəniyyət

Qız qalası qarşısında canlı konsert keçiriləcək

16 May 2017 18:18
Baxış: 1 141

Mədəniyyət kanalının, Azərbaycan Radiosunun təşkilatçılığı ilə, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin birgə layihəsi baş tutacaq

Qız qalası qarşısında keçiriləcək canlı konsert proqramında, əməkdar kollektiv Azərbaycan Televiziya və Radiosunun, Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri, Niyazi adına simfonik orkestri, Cahangir Cahangirov adına xor kapellası, Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru, eyni zamanda, Azərbaycanın tanınmış incəsənət xadimləri canlı ifa ilə tədbirə qatılacaq.

Ölkəmizdə təşkil olunan tədbirlərə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bu tədbiri keçirməkdə məqsəd şəhərimizdə olan qonaqlara milli musiqimiz, milli mənəvi dəyərlərimizin təbliği, eyni zamanda "Bakı-2017" İslam Həmrəyliyi Oyunları həftəsində idmançılarımıza töhfə etməkdir.

Canlı konsert mayın 19-da saat 11.00-18.00 arası baş tutacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.