Mədəniyyət

İkinci Buktreyler Festivalının Münsiflər Heyətinin tərkibi açıqlandı

14 Aprel 2017 13:29
Baxış: 328

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

10 aprel, saat 00:00-da II Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatdı. Artıq Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Bu gün isə Münsiflər Heyətinin tərkibi açıqlandı:

Müşfiq Hətəmov (ssenarist, kinoprodüser, əməkdar incəsənət xadimi. "AzərbaycanFilm" kinostudiyasının direktoru), İlqar Fəhmi (şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi), Elçin Musaoğlu (kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi, "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvü), Ayaz Salayev (kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq. Əməkdar incəsənət xadimi), Kənan Məmmədov (kinooperator, əməkdar incəsənət xadimi, Respublika dövlət mükafatı laureatı).

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir.

Bütün suallarla bağlı festival2017@booktrailer.az müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.