Mədəniyyət

İkinci Buktreyler Festivalın qaliblərinin mükafatlandırma mərasiminə online qeydiyyat başladı!

23 Mart 2017 15:31
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı II Buktreyler Festivalının Qaliblərinin Mükafatlandırma Mərasimində iştirak etmək arzusunda olan şəxslər üçün online qeydiyyata başlanıb.

Bu barədə Festivalın təsisçisi Ruslan Sabirli məlumat verib: "Bu il 21 apreldə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək II Buktreyler Festivalı qaliblərinin mükafatlandırma mərasimində tamaşaçı qismində iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olduğunu nəzərə alıb belə bir addım atmışıq. Artıq bu tədbirdə iştirak etməyən hər bir şəxsa saytımızda online qeydiyyatdan keçə bilərlər".

Tamaşaçı qismində qeydiyyatdan keçmək üçün link:

https://docs.google.com/forms/d/1BDGeWBETrVXhGF5acWLdt9DXKQSXQka6fYhNVw4dCoc/

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir

Buktreylerlər https://goo.gl/NIM9Sh qeydiyyatdan keçirilməlidir.

Son müraciət tarixi: 10 Aprel, 2017

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/booktrailer.az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.