Mədəniyyət

Heydər Əliyev Sarayında "Bayram konserti" keçiriləcək

17 Mart 2017 10:46
Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibəti ilə, uşaqlar üçün musiqili, əyləncəli və maraqlı "Bayram konserti" keçiriləcək.

Milli.Az xəbər verir ki, konsertdə "Asiman" rəqs kollektivi, "Dəcəl qızlar" mahnı rəqs ansamblı, "Zima" uşaq musiqi festivalının finalçıları və "Avroviziya" mahnı musabiqəsinin qalibi Eldar Qasımov iştirak edəcəklər.

Bundan əlavə, uşaqların böyük marağına səbəb olan, Novruz bayramının ən sevilən personajları Kosa və Keçəl səhnəcikləri təqdim olunacaq. Novruz bayramının adət-ənənələri haqda məlumat veriləcək və müxtəlif oyunlar keçiriləcək.

Qeyd edək ki, "Bayram konserti"nə kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaq cəmiyyətləri, xüsusi qayğıya ehtiyacı olan uşaq cəmiyyətləri və müharibə şəhidləri, əlilləri, veteranları cəmiyyətləri dəvət olunacaqlar.

Tədbir saat 13:00 -da baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.