Mədəniyyət

Fransa səfirliyinin əməkdaşı Musiqili Teatrda

16 Mart 2017 18:20
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın ölkəmizdəki səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Yohan Schitterer Azərbaycan Dövlət Musiqli Teatrında olub.

Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev qəbul edib. Ə. Lalayev ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan teatr sənətinin, Azərbaycan mədəniyyətinin yüksək səviyyədə inkişafı, habelə beynəlxalq arenada tanıdılması üçün çox mühüm və vacib işlər gördüyünü qonağın diqqətinə çatdırıb. Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Proqramından irəli gələn məsələləri uğurla yerinə yetirdiyini xüsusi olaraq vurğulayıb. Sonra Ə. Lalayev məşhur fransız dramaturqu M. Komolettinin "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir" əsərinin uzun müddətdir ki, Azərbaycan Dövlət Musiqli Teatrının repertuarında yer aldığını, tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını qonağın nəzərinə çatdırıb.

Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Yohan Schitterer yüksək səviyyəli qəbula görə Ə. Lalayevə təşəkkürünü bildirib. "Teatrınızın binası ilə tanış oldum. Burada yaradılmış yaradıcı və texniki şəraiti görəndən sonra, tam səmimi deyirəm, bir anlığa mənə elə gəldi ki, Parisdə, hansısa mədəniyyət ocağındayam. Yaxın vaxtlarda tamaşalarınızdan birini izləməyə gələcəyik. Dramaturqlar, rejissorlar, aktyorlarla bağlı qarşılıqlı mübadilələrin aparılması düşünürəm ki, ölkələrimiz arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etməsinə zəmin yaradacaq . Hesab edirəm ki, bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin çox böyük əhəmiyyəti vardır", - deyə Yohan Schitterer qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.