Mədəniyyət

İkinci Buktreyler Festivalının keçiriləcəyi məkanın adı və tarixi açıqlandı!

7 Mart 2017 18:04
0 Şərh     Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı II Buktreyler Festivalı qaliblərinin təntənətli mükafatlandırılma mərasiminin baş tutacağı yerin adı bəlli olub.

Bu barədə Festivalın təsisçisi Ruslan Sabirli məlumat verib: "Beynəlxalq Muğam Mərkəzi artıq Festivalın rəsmi tərəfdaşıdır və bu il baş tutacaq II Buktreyler Festivalı Beynəlxalq Muğam Mərkəzində 21 aprel tarixində keçiriləcək. Bildiyiniz kimi, Buktreyler Festivalı hər il 23 aprel Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir və bu il həmin gün bazar gününə təsadüf etdiyi üçün biz onu cümə günü - 21 aprel tarixində keçirəcəyik".

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir

Buktreylerlər https://goo.gl/NIM9Sh qeydiyyatdan keçirilməlidir.

Son müraciət tarixi: 10 Aprel, 2017

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest Facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar. 

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.