Mədəniyyət

Azərbaycanlı aktyora böyrək köçürülüb

11 Yanvar 2017 21:51
10 Şərh     Baxış: 5 596

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov əməliyyat olunub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, aktyora Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülüb: 

"Əməliyyat uğurla başa çatdı, Rəhim Rəhimova böyrək köçürüldü. Həm aktyorun, həm də donorun vəziyyəti stabildir. Aktyorun vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən teatrın rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayıb, vəziyyətlə maraqlanıblar. Rəhim Rəhimova dəstək olan, daim maddi və mənəvi köməklik edən, onun səhhətini gündəmdə saxlayan həmkarlarımıza təşəkkür edirik".

Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Mimi · 11 Yanvar 22:24100

    Allah şükür.Allah özü köməyi olsun.Uca yaradan bütün xəstəxanalarda şəfasini gözləyən bütün xəstələrə kömək olsun....

    Cavab yaz
    • Anonim
      1988 · 11 Yanvar 22:3661

      Amin Amin Amin

      Cavab yaz
  • Anonim
    Nərmin yeraz · 11 Yanvar 23:0541

    Çox şükür

    Cavab yaz
  • Anonim
    tamashachi · 11 Yanvar 23:0760

    Chooooox shukurler.sizsiz maragi yoxdu kukla teatrinin.yastiginiz yungul olsun.yeniden sizi ishinizin bashinda gorek.

    Cavab yaz
  • Anonim
    melek · 12 Yanvar 00:1800

    Allah komek olsun Amin

    Cavab yaz
  • Anonim
    Baku · 12 Yanvar 06:1800

    Amin

    Cavab yaz
  • Anonim
    Vüqar · 12 Yanvar 09:1200

    Gözəl insan, gözəl ailə başçısı və peşəkar aktyora Allahdan şəfa diləyirik. Allah bütün xəstələrə kömək olsun.

    Cavab yaz
  • Anonim
    Seva · 12 Yanvar 09:2900

    Şükür. Yastığın yüngül olsun Rəhim. Tezliklə səhnəyə qayıdasan inşəAllah

    Cavab yaz
  • Anonim
    Aydun tallin · 12 Yanvar 10:3400

    Rehim gardas cox sevindim Allah sefa versin

    Cavab yaz
  • Anonim
    AYNUR · 12 Yanvar 12:4200

    ALLAH WEFA VERSIN.ALLAH BUTUN XESTELERE KOMEK ETSIN.SAVADLI HEKIMLEREDE ALLAH CAN SAGLIGI VERSIN.AMIN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.