Mədəniyyət

Teymur Əmrah: "O müğənnilər əxlaqsız qadından fərqlənmirlər" - VİDEO - FOTO

1 Dekabr 2016 13:31
6 Şərh     Baxış: 2 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər yaşlı adama korifey deməzlər" 

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Teymur Əmrah qalmaqallı açıqlamalar verib:

"3-4 nəfər olar ki, gəlib bu mövzunu efirdə danışsın. Aktyorun xaric danışığı, müğənninin xaric oxumağı əxlaqsız qadınla eyni kateqoriyadadır. Bu xaric çox pis şeydir. Bu xaric davranışlar təmiz qulağı da pis edə bilər. Birdəfəlik şikəst edə bilməz. Təsəvvür edin, mən sizinlə səhnədə duet oxuyuram. Siz xaric oxusanız, mən də sizə qoşulacam. Siz təmiz oxusanız, mən də təmiz oxuyacam. Ona görə də bizim Azərbaycan incəsənətində nə qədər ki qollar var ha, hər qolda 5 nəfər sənətkar olub. Biz yaşlı nəsil görən kimi o an korifey deyib baş əyirik. Onların hamısına korifey demək olmaz. Onların bəzisi sənətə təsadüfən gəlib. O dövrdə çünki bir kanal olub. Bütün fikir bir nöqtəyə yönəlib. Onların arxivini açsanız, görərsiniz ki, 1 ton xaric var".

Videonu izləmək üçün şəklə klikləyin:

Teymur Əmrah:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.