Mədəniyyət

Xərçəng xəstəliyindən əziyyət çəkən Şahin Zəkizadə: "Mən həmişə unudulmaqdan və laqeydlikdən qorxmuşam"

2 Oktyabr 2016 23:28
24 Şərh     Baxış: 6 383

Bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ARB TV-nin "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinə açıqlama verib. Rejissor bir çoxlarının onun xəstə olmasına inanmadığını bildirib:

"Yeniyetməlik dövrümdə anam süd vəzi xərçəngindən dünyasını dəyişib. Sən nə qədər alçaq olmalısan ki, xəstəlik adı ilə xəstəxanaya girəsən və belə bir oyun qurasan. O cür danışan insan, demək ki, özü elədir. İllərlə çörək kəsdiyim, bir yerdə olduğum adamlar nə zəng elədilər, nə də maraqlandılar".

Milli.Az bildirir ki, Şahin Zəkizadə "Şərq"ə açıqlamasında xəstəliyi ilə bağlı danışdı: "Bəziləri elə düşünür ki, xəstəliyimlə özümü reklam edirəm. Bu həqiqətən gülünc səslənir. İnsan xəstəliklə nə qədər özünü reklam edə bilər ki? Məni ağrıdan insanların son vaxtlar soyuqqanlı, laqeyd olmasıdı. Mən hələ də inana bilmirəm ki, mən bu xəstəliyə tutulmuşam. Düzdü, ailəmdə bu xəstəliklə bağlı itirdiyim insan olub. Amma nəsə hələ də inana bilmirəm ki, xərçəngəm. İnsanıq da. Hərənin bir taleyi olur. Mən Allahın sınağına şükür edən adamam. Amma məni daha çox ağrıdan başqa məqamdı. Bu xəstəlik məndən dostlarımı almış oldu. Çünki illərlə çörək kəsdiyim, özümə yaxın bildiyim insanlar bu gün məni axtarmırlar. Mən həmişə unudulmaqdan və laqeydlikdən qorxmuşam. Bu gün bunu yaşamaq isə ağır gəlir. Hələ nəfəsim gəlir, hələ yaşayıram, amma bəzi insanlar üçün sanki yox olmuşam. Demək elə çıxır ki, mən kimlər üçünsə hansısa səbəblərə görə var olmuşam. Yəni hərə öz marağı üzündən bu duz-çörəyi kəsib? Bu, haqsızlıq deyil? Mən Allaha inanan insanam. İçimdə də insanlığa sevgi vardı. Bu gün o sevgimi qorxutdular. Bu gün içimdə insan sevgisini qırdılar. Doğrudanmı insanlar maskalanmağı bu qədər rahat bacarırlar? Bəlkə mən sağaldım, hələ uzun müddət yaşadım. Görən nə vaxtsa təsadüfən həmin insanlarla üz-üzə gəlsəm mənim üzümə necə baxacaqlar? Xəcalət çəkməzlər? Çörək kəsdiyim insanların içində sənət adamları da olub. Onlarla illərlə münasibət qurmuşam, kimi üçün rejissor kimi nəsə etmişəm, kimi üçünsə şəxsi dost olaraq. Amma bu gün onların məni axtarmamağı məni insan kimi sındırıb. Həm sındırıb, həm də başqa bir insan yaradıb içimdə. Demək, mən dost seçimində yanlışlıqlara yol vermişəm. Demək ki, səhvlərim olub. Nə deyim ki? Xəstəliyimlə də mübarizə aparmağa çalışıram. Amma bilmirəm buna tam gücüm çatar, ya yox. Mən bircə Allahımdan ümidimi kəsmirəm. İnşallah ki, yaxşı olar. Düzdü, bunu deyirəm, eyni zamanda içimdə bir səs də məni qorxudur ki, sona gəlmişik! Etiraf edim ki, ölmək istəmirəm. Ona görə yox ki, ölümdən qorxuram. Ona görə ki, yaşamaq üçün səbəblərim var. Çatdıra bilmədiyim, amma həyata keçirmək istədiyim arzularım var".

Milli.Az

loading...

Şərh yaz:

24 Şərh:

  • Anonim
    xeyale · 2 Oktyabr 2016 23:3300

    Allah komeyi olsun

    Cavab yaz
  • Anonim
    bakili · 2 Oktyabr 2016 23:4210

    allah sene şefa versin qardasimiz şahin zekizade AMIN

    Cavab yaz
  • Anonim
    sena · 2 Oktyabr 2016 23:4210

    Insanada ele wey deyerler? Kim isteyer xestelikle reklam olmaq? Bu insana musbet enerji lazim insaninda ureyini ele qirarlarmi? Insanlar necede pis olublar heckesi tanimaq olmur min cure maskaya girirler...ALLAH ozu komey olsun

    Cavab yaz
  • Anonim
    Ok · 2 Oktyabr 2016 23:4610

    Uzulmeyin indi qardaw qardawi axtarmir caliwin hec kimden komer istemeyin ve gozlemeyin yalniz Uca ALLAHA siginin

    Cavab yaz
  • Anonim
    Muherrem · 2 Oktyabr 2016 23:5301

    Hekimciyler zanitdirde dini meqalelede biri yoxdur ki burda serh yazsin.

    Cavab yaz
  • Anonim
    Avropadan · 2 Oktyabr 2016 23:5510

    Tibb cox irelleyib, indi xercengin bir cox novleri 98 faiz sagalir. Sadeje olarag vaxt itirmeyin Avropada mualije alin. Eminem ki sagalajagsiz. Sizden uz cevirenler peshman olajaglar. UGURLAR SIZE!!!!

    Cavab yaz
    • Anonim
      Men · 3 Oktyabr 2016 04:4600

      O hansi novleridi ki ele sagalir. Dunyanin onde geden xerceng merkezinde ishleyirem. Veziyyet urek agridicidi

      Cavab yaz
      • Anonim
        Charite · 3 Oktyabr 2016 13:5700

        Charite Berlinde sagalir meselen, bashqa konkret klinikalarda hemçinin...

        Cavab yaz
  • Anonim
    Ssss · 3 Oktyabr 2016 00:0100

    Allah şəfa versin.Darıxma hər şey əla olacaq.Elə say ki bu bir sınaqdır.Pis bir yuxudur. Ayılacaq san ki hər şey qaydasında.Sapsağlam insansan .Qırmızı çaxır iç. Qanı təmizləyir. Özünə yaxşı bax.

    Cavab yaz
  • Anonim
    Avropadan · 3 Oktyabr 2016 00:1100

    Unutdum yazam ki, bu xestelik zeif insanlari yixir. Gujlu OL . Diren,her sey yaxshi olajag ve Sen galib gelejeksen .

    Cavab yaz
  • Anonim
    Xəyal *123 · 3 Oktyabr 2016 00:1200

    Allah kömək olsun sənə qardaşımız Allah hec bir cavana qıymasın amin

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 3 Oktyabr 2016 00:1400

    Allah wefa versin,Allah komeyin olsun, Amin,Amin, Amin!

    Cavab yaz
  • Anonim
    TAN · 3 Oktyabr 2016 00:3000

    ALLAH sefa versin.Men valideynimden rehmetlik Anasi haqda esitmisdim.Pis oldum oglunun bele olmagina.ALLAH komek olsun.Bu cetin veziyyetden cixsin xesteliye qalib gelsin insALLAH.AMİN

    Cavab yaz
  • Anonim
    ilayad · 3 Oktyabr 2016 00:3800

    Oxuyurkan çox ağladim.bu xesedeliyden menimde ezlerim heydan koçduler.qardaş allah sene şefa versin.

    Cavab yaz
  • Anonim
    g · 3 Oktyabr 2016 01:1410

    ALLAH BUTUN XESDELERIN SRFASINI VERSIN ALLAHIMA ACILAN ELLER OLUNAN DUALAT QEBUL OLSUN.INSALLAH.AMIN.

    Cavab yaz
  • Anonim
    Ana · 3 Oktyabr 2016 01:2900

    Bu xestelik bedbinleri sevir. Gujlu olun, Direnin, xesteliye onda galib gelersiz. Umudunizi Uzmeyin. Allah size komek olajag , INANIN .

    Cavab yaz
  • Anonim
    Sabina · 3 Oktyabr 2016 01:3010

    Nə pis oldum ay allah sen kömək elə

    Cavab yaz
  • Anonim
    Mömine · 3 Oktyabr 2016 05:5500

    ALLAHdan ümid kesilmez. Ancaq O her weye qadirdir.Qaldi ki "dost"lara, onlar ALLAHin imtahanindan cixa bilmediler. Onlarsiz ALLAHa ümid besleyib xestelikle mübarize aparmaq lazimdir. Internetde Tulio Cimoncini haqqinda melumati tapib oxuyun. Italysn hekimidit, xercengi mualice edir. Onunla meslehetlewmek de mümkündür.

    Cavab yaz
  • Anonim
    777 · 3 Oktyabr 2016 07:1500

    Icim goynedi.Allah komeyin olsun. Yaxsi dostlar sag olsun.Bu can Allahin emanetidir. Ruhdan dusme!

    Cavab yaz
  • Anonim
    adam · 3 Oktyabr 2016 09:2000

    Allah şəfa versin. Ümidini itirmə.

    Cavab yaz
  • Anonim
    Aylin · 16 Fevral 2017 22:2800

    Amin

    Cavab yaz
  • Anonim
    Aylin · 16 Fevral 2017 22:2800

    Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Seva · 17 Fevral 2017 20:0200

    Allah rehmet elesin qebiin nula dolsun.Amin inwAllah

    Cavab yaz
  • Anonim
    aytekin · 23 Fevral 2017 20:2100

    allah rehmet elesin ailesine sebr versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.