Mədəniyyət

"Annemin yarası" filmi Nizami Kino Mərkəzində

5 May 2016 12:12
Baxış: 2 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində  "Annemin yarası" filmi başlanıb.

Milli.Az xəbər verir ki, Nizami Kino Mərkəzində  Türkiyə istehsalı olan "Annemin yarası", "Azərbaycanfilm"in çəkdiyi  "İçərişəhər" filmlərinin və 3D formatda çəkilmiş "Retçet və Klank: qalaktika döyüşçüləri"  animasiya filminin nümayişi başlanıb.  

AF Mediya-Azərbaycan  şirkətinin təqdim etdiyi "Annemin yarası" filmini rejissor Ozan Açıktan dram janrında çəkib.

Yaş həddi: 14+ 

On səkkiz yaşına çatan Salih uşaq evini  tərk edərək  ailəsini tapmaq istəyir. Bir fermada işə başlayan gənc gözləmədiyi halda özünü xəyal etdiyi ailənin içində tapır. Ortaya həyəcanını artıran  daha yeni sirlər çıxır. Salih keçmişindən qurtulub bu yuvada xoşbəxt ola biləcəkmi?

Filmdə baş rolları  Ozan Güven, Meryem Uzerli, Belçim Bilgin, Okan Yalabık ve Bora Akkaş ifa ediblər.

Rejissor İlqar Safatın  psixoloji  dram  janrında  çəkdiyi "İçərişəhər"  filmi  gənc qızın Qarabağ müharibəsi veteranı ilə sevgisindən bəhs edir.    

Filmin quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşviq Hətəmovdur.  

Rollarda aktyorlar Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Təhminə Rafaella, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov və  Murad Məmmədov çəkiliblər.

Honkonq, Kanada və ABŞ istehsalı olan 3D formatda çəkilmiş "Retçet və Klank: qalaktika döyüşçüləri" animasiya filmini  T.C. Fiksmanın ssenarisi əsasında rejissor  Kevin Manro komediya, fantastika, döyüş və məcara  janrında çəkib.  

Yaş həddi: 6 + 

Çevik uzunqulaq Retçet çoxdandı ki, qalaktikanın kosmik döyüşçülərinə qoşulmaq arzusundadır. Amma özündən razı superqəhrəman kapitan Kvark onu öz komandasına qəbul etmək istəmir. Lakin robot Klankın gətirdiyi bəd xəbər nəticəsində qalaktikanın xilası missiyası məhz Retçetin çiyinlərinə düşür. Dəmir robot Klank isə onun sadiq tərəfdaşı və köməkçisinə çevrilir.
Baş rollarda Ceyms Arnold Teylor, Devid Key, Cim Uord, Rozario Douson, Pol Camatti, Con Qudman, Mark Qraye, Alessandro Culiani, Armin Şimerman, Silvestr Stallonedir. 

Filmlər  haqqında əlavə məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.