Mədəniyyət

İlk Buktreyler festivalının nəticələri müəyyən olundu

21 Aprel 2016 14:01
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk Buktreyler festivalının bağlanış tədbiri baş tutacaq!

22 aprel saat 19:00-da Nizami Kino Mərkəzində ilk Buktreyler festivalının nəticələri açıqlanacaq.

Kinoaktyor, Buktreyler festivalının təsisçisi Ruslan Sabirli: "Festivala cəmi 25 iş daxil olmuşdur. Təqdim olunan işlər arasında İtaliya, Fransa və Bolqarıstandan da işlər var idi. Sevindirici haldır ki, Azərbaycanda ilk dəfə baş tutacaq Buktreyler festivalının sorağı artıq dünyaya da səs salıb. Lakin təbii ki, bu festival beynəlxalq olmadığı üçün biz o işləri qəbul edə bilmədik və beləliklə 21 iş qəbul etdik. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsini tamamlamışdır. Hal-hazırda təşkilat komitəsi münsiflərin verdiyi qiymətləri toplayaraq qalibləri müəyyənləşdirir.

Qaliblər 22 aprel, saat 19:00-da Nizami Kino Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak edəcəyi bağlanış tədbirində elan olunacaqlar və həmçinin mükafatla təltif olunacaqlar".

Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festival barəsində www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində ətraflı məlumat almaq olar.  

Təşkilati dəstək: Mədəniyyət və Turizm Nazirliyi

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.