Mədəniyyət

Səbinə Məmmədova: "Yaxın rəfiqəm sevgilimlə aramı vurub" - FOTOSESSİYA

15 Aprel 2016 21:22
8 Şərh     Baxış: 7 079

Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova "Bir ailəm var" serialında çəkilir. Aktrisa serialda tanınmış sənətkarlarla çalışmağın onun üçün çox böyük məsuliyyət olduğunu bildirib. O, bu haqda Milli.Az-a danışıb:

""Bir ailəm var" serialının növbəti mövsümündən başlayaraq yeni bir hekayənin əsas qəhrəmanlarından biri - Sevgi obrazını canlandırıram. Sevgi, əslində, saf, ağıllı, amma maddi vəziyyəti ürəkaçan olmayan bir qızdır. Anası çətinliklə də olsa onu dolandırır, anası qədər Sevgi də qürurludur. Sevgi rəfiqəsi Lamiyə tərəfindən bir çox hiylələrlə və yalanlara məruz qalır. Az keçmir ki, Sevgi Elvin adlı bir oğlana vurulur və burada da Lamiyə iç üzünü nümayiş etdirir. Sevgi ilə Elvini ayırıb, ona ağır həyat zərbəsi vurur. Xalam rolunda xalq artisti Həmidə Ömərova, anam rolunda isə əməkdar artist Səmayə Sadıqova oynayır. Elvin rolunu Elçin Məmmədli, rəfiqəmi isə teatrımızın aktrisası Günel Məmmədova canlandırır. Teatrda işlədiyim müddətdə tam olaraq gücümü, enerjimi teatra sərf etmək üçün iki il heç yerdə çəkilmədim. Serialımızın prodüseri Şahin Yusifov tamaşalarımı izləyərək məni seriala dəvət etdi, quruluşcu rejissorumuz Rüfət Şahbazovun, rejissorumuz Vüsalın keçirdiyi kastinqdən keçib çəkilişlərə başladıq. Növbəti seriyalarda nələr olacaq, bu, mənim özümə də bəlli deyil".

Qeyd edək ki, aktrisa tələbəlik illərindən başlayaraq bir çox seriallarda baş rollarda çəkilir. Bunlara misal olaraq "Ultionis", "Sindrom", "Bir ovuc torpaq" kimi serial və filmləri misal göstərmək olar.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    a · 15 Aprel 2016 23:2800

    Səni cooox sevirem

    Cavab yaz
  • Anonim
    f · 15 Aprel 2016 23:3700

    Sən ne gözelsen bele gulum səni sevirem

    Cavab yaz
  • Anonim
    anonim · 15 Aprel 2016 23:3700

    Sənə göre baxiram seriala

    Cavab yaz
  • Anonim
    Aygün ilham · 16 Aprel 2016 14:3200

    Səbinə səni coooox sevirik.

    Cavab yaz
  • Anonim
    Aygün ilham · 16 Aprel 2016 14:3300

    Səni cooooox sevirik.

    Cavab yaz
    • Anonim
      Sabina · 16 Aprel 2016 22:2000

      İlhamçik mənim ürəyimdir

      Cavab yaz
  • Anonim
    Aygün ilham · 16 Aprel 2016 22:3100

    cooooox sag olun

    Cavab yaz
    • Anonim
      Sabina · 16 Aprel 2016 22:3300

      Siz sağ olun

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.